Xırdalan stansiyasının pilləkənləri müasir mexanizmlərlə əvəzlənəcək- FOTO

Xırdalan stansiyasının pilləkənləri müasir mexanizmlərlə əvəzlənəcək- FOTO

Hazırda oxunan: Xırdalan stansiyasının pilləkənləri müasir mexanizmlərlə əvəzlənəcək- FOTO

575644

Azərbaycan Dəmir Yolları (ADY) son illərdə infrastrukturun yenilənməsi  istiqamətində bir sıra mühüm addımlar atsa da, bəzi köhnə tikililər bu prosesin tempinə uyğunlaşa bilmir. ADY-nin əsas qovşaqlarından biri olan Xırdalan dəmiryolu stansiyası xüsusi diqqət tələb edən məkanlardan biridir. Belə ki sərnişin axınının artması, şəhərətrafı nəqliyyatda dəmir yolunun əhəmiyyətinin yüksəlməsi Xırdalan stansiyasının mövcud problemlərini gündəmə gətirir. Hazırda ən çox sərnişin qəbul edən Xırdalan stansiyasının yeni, səliqəli platformasına uyğun gəlməyən köhnə, həm də müasir texniki və təhlükəsizlik standartlarına cavab verməyən pilləkənləri var.

Xırdalan stansiyasının yenilənməsi niyə gecikir?

Məsələylə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin fikrini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev Bizim.Media-ya bildirdi ki, köhnə infrastrukturlar mərhələli şəkildə yenilənir:

“Bu, sovet dövründən qalma infrastrukturdur. Təbii ki taxta pilləkənlər köhnəldikcə biz onları yeniləyirik, amma onların konstruksiyası Sovet vaxtı elə qurulub ki, onu digər materiallarla, ağır örtüklərlə əvəz etmək mümkün deyil. Hazırda elə ən uyğunu taxtadır. Taxtalar da açıq havada olduğu üçün zaman-zaman çürüyüb dağılır. Amma əməkdaşlarımız tərəfindən vaxtaşırı baxış keçirilir, lazım gəldikdə hansılar ki təmirə uyğundur, yenilənir. Gələcəkdə isə ümumiyyətlə yeni, müasir mexanizmlərlə əvəzlənəcək”.









Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO