Naxçıvanda doğuş KABUSA çevrilib – Hamilə qadınlar niyə Bakı və Türkiyəyə üz tutur?

Naxçıvanda doğuş KABUSA çevrilib – Hamilə qadınlar niyə Bakı və Türkiyəyə üz tutur?

Hazırda oxunan: Naxçıvanda doğuş KABUSA çevrilib – Hamilə qadınlar niyə Bakı və Türkiyəyə üz tutur?

575630

Son illər Naxçıvanda ana və körpə ölümü halları artıb. Narazılıq doğuran məsələ ictimai müzakirələrdən düşmür. Doğuş zamanı yaşanan faciələrin qarşısının niyə hələ də tam alınmadığı sualı isə açıq qalır…

Bizim.Media-ya daxil olan məlumatlara görə, uşaq dünyaya gətirməyə hazırlaşan bir çox qadınlar doğuş üçün Naxçıvandan Bakıya  və yaxud Türkiyəyə üz tutur. Səbəb kimi həm tibbi şəraitin məhdudluğu, həm də ixtisaslı həkim çatışmazlığı göstərilir.

Statistika niyə qapalıdır?

Naxçıvan Perinatal Mərkəzi regionda doğuş üzrə ixtisaslaşmış əsas tibb müəssisəsidir. Lakin mərkəzdə son illərdə, xüsusilə də ötən il  neçə ana və ya körpə ölümü baş verdiyi barədə rəsmi məlumat ictimaiyyətə açıqlanmır.

Ekspertlər nə deyir?

Tibbi ekspertlərin fikrincə, doğuş zamanı ölüm hallarının əsas səbəbləri adətən eynidir.

Vaxtında tibbi müdaxilənin edilməməsi, ixtisaslı mütəxəssislərin çatışmaması, avadanlıq və laborator imkanların məhdudluğu, bəzi hallarda isə laqeydlik və nəzarətsizlik.

Mütəxəssislər bildirirlər ki, postpartum qanaxma, preeclampsiya, infeksiya və nəfəsalma çətinliyi (asfiksiya) hələ də regionlarda ana və körpə ölümlərinin əsas səbəbləri arasındadır.  

Ailələr niyə Bakını seçir?
 

Aparılan araşdırma göstərir ki, hər il onlarla Naxçıvan sakini doğuş üçün Bakıdakı özəl və dövlət klinikalarına üz tutur. Qadınlar əsasən burada tibbi xidmətin keyfiyyətinə, reanimasiya və təxliyə imkanlarına daha çox etibar edirlər. Bəzi hallarda ağır vəziyyətdə olan pasiyentlərin Naxçıvandan təxliyəsi gecikdiyinə görə faciəvi nəticələr də yaşandığı iddia olunur.


Rəsmi cavab yoxdur

Mövzu ilə bağlı Naxçıvan Perinatal Mərkəzi ilə dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin müəssisədən sualarımıza cavab verilmədi.

Aygün Hüseyn, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO