Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.
Mərhum sənətkar son mənzilə alqışlarla yola salınıb.
Xatırladaq ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.
1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib.
Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:47 / 16.10.2025
Ramiz Quliyev son mənzilə alqışlarla yola salındı – VİDEO
Hazırda oxunan: Ramiz Quliyev son mənzilə alqışlarla yola salındı – VİDEO
Hazırda oxunan: Ramiz Quliyev son mənzilə alqışlarla yola salındı – VİDEO
575592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.