“Bu gün musiqi mədəniyyətimiz üçün həqiqətən də çox ağır gündür. Həm musiqiçi kimi, həm övladı kimi yola salıram. Həm dostu kimi burdayam, həm də müəllimim olub. Danışmaq çox ağırdır. Çox acıdır bu gün bizim üçün”.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xalq artisti Ramiz Quliyevin oğlu Əyyub Quliyev mərhum atasının vida mərasimində deyib:
“Ramiz müəllim, dahi sənətkar, böyük şəxsiyyət idi. Xalqına, vətəninə, millətinə bağlı olan biri idi. Hər zaman xalqımızın həm çətin günlərində, həm xoş günlərində yanında olub. Onu itirmək böyük dərddir. Xalq üçün böyük itkidir. Ümid edirdik ki, onu ayağa qaldıra biləcəyik. Amma qismət olmadı. Bizə çətin anda dəstək olan hər kəsə təşəkkür edirəm. İllər keçəcək Ramiz müəllim hər zaman xatırlanacaq”.
Xalq artisti, tarzən Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib.
Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 16.10.2025
“Həm övladı, həm tələbəsi kimi yola salıram” – Əyyub Quliyevdən atası ilə bağlı ürəkdağlayan SÖZLƏR
Hazırda oxunan: “Həm övladı, həm tələbəsi kimi yola salıram” – Əyyub Quliyevdən atası ilə bağlı ürəkdağlayan SÖZLƏR
Hazırda oxunan: “Həm övladı, həm tələbəsi kimi yola salıram” – Əyyub Quliyevdən atası ilə bağlı ürəkdağlayan SÖZLƏR
575575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.