İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, hazırda Xocavənd rayonunun kəndlərində təmir və bərpa işlərinə start verilib:
"Artıq bilirsiniz ki, Qırmızı Bazar və Hadrut qəsəbələrinə ilk köçlər baş tutub. Bu proses ilin sonuna qədər davam edəcək və 2026-cı ildə də mərhələli şəkildə həyata keçiriləcək. Ümumilikdə, yaşayış məntəqələrindən əlavə digər layihələrimiz də dövlət proqramında nəzərdə tutulmuş qrafikə uyğun olaraq tam sürətlə icra olunur". (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:57 / 16.10.2025
Bu il Xocavənd rayonuna 1 300-1 500 ailə köçürüləcək
Hazırda oxunan: Bu il Xocavənd rayonuna 1 300-1 500 ailə köçürüləcək
Hazırda oxunan: Bu il Xocavənd rayonuna 1 300-1 500 ailə köçürüləcək
575574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.