“Ramiz Quliyevin tarının səsi ilə bir nəsil böyüdü” - Vamiq Məmmədəliyev - VİDEO

“Ramiz Quliyevin tarının səsi ilə bir nəsil böyüdü” - Vamiq Məmmədəliyev - VİDEO

Hazırda oxunan: “Ramiz Quliyevin tarının səsi ilə bir nəsil böyüdü” - Vamiq Məmmədəliyev - VİDEO

575568

"Çalğıda bir mizrab vurmasından bilinirdi ki, bu, Ramiz müəllimdir".

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xalq artisti Vamiq Məmmədəliyev Xalq artisti Ramiz Quliyevin vida mərasimində deyib.

O bildirib ki, Ramiz Quliyev çox savadlı və gözəl insan olub:
 

"Ramiz haqqında danışmaq mənim üçün çox ağırdır. Uzun illər bu sənətə xidmət etmişik. Tarı qoruyub saxlamışıq. O, tar sənətinin inkişafında böyük işlər görüb. Çox uşaq onun tarının səsi ilə böyüyüb".


Xalq artisti, tarzən Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib.
 

Xatırladaq ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.


1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.


Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO