Gələn ay Ağdama 900 ailə köçəcək - Prezidentin xüsusi nümayəndəsi

Gələn ay Ağdama 900 ailə köçəcək - Prezidentin xüsusi nümayəndəsi

Hazırda oxunan: Gələn ay Ağdama 900 ailə köçəcək - Prezidentin xüsusi nümayəndəsi

575561

“Gələn ay Ağdama ilk 900 ailənin qayıdışı gözlənilir. Bu, Böyük Qayıdış prosesinin növbəti mərhələsidir və hamımız üçün böyük sevinc xəbəridir”.

Bizim.Media xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda bölgədə 16 magistral yol (ümumilikdə 600 kilometr) və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdamda üç kənddə artıq məskunlaşma başa çatıb, təxminən 4 min nəfər geri qayıdıb.

“Bu insanlar doğma torpaqlarına qayıdıblar, evləri və iş yerləri var. Ən vacibi isə həyat artıq bərpa olunur,” – deyə E. Hüseynov qeyd edib.

Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir, işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO