Argentinalı paleontoloqlar, təxminən 230 milyon il əvvəl yaşamış, dinozavrların əvvəllər elmə məlum olmayan növünün qalıqlarını aşkarlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Elmi və Texniki Tədqiqatlar Milli Şurası (CONİCET) məlumat yayıb.
Yeni növə "Huayracursor jaguensis" adı verilib. "Biz "Huayracursor"un yaşını təxminən 225-230 milyon il qiymətləndiririk ki, bu da onu dünyanın ən qədim dinozavrlarından birinə çevirir", - kəşflə bağlı elmi məqalənin müəlliflərindən olan tədqiqatçı Aqustin Martinelli bildirib.
Demək olar tam qalmış skelet Argentinanın qərbindəki La-Rioja əyalətində, dəniz səviyyəsindən təxminən 3 min metr yüksəklikdə aşkarlanıb. "Huayracursor" dövrün digər dinozavrlarından daha uzun boyun və daha böyük ölçüsü ilə fərqlənib.
"Onun uzunluğunu təxminən 2 m, yetkinin çəkisini 18 kq, Argentinada tapılan digər yaxın dinozavrlardan təxminən iki dəfə çox qiymətləndiririk", - araşdırmanın digər müəllifi Malena Xuarez deyib.
Bizim.Media