SOCAR ABŞ-ın nüfuzlu universitetində təlimlər təşkil edəcək - Neçə nəfər göndəriləcək? 

SOCAR ABŞ-ın nüfuzlu universitetində təlimlər təşkil edəcək - Neçə nəfər göndəriləcək? 

Hazırda oxunan: SOCAR ABŞ-ın nüfuzlu universitetində təlimlər təşkil edəcək - Neçə nəfər göndəriləcək? 

57552

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (SCPC) tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MIT) 35 dövlət qulluqçusunun "MikroMaster" Proqramı çərçivəsində “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” üzrə təliminə başlayır. 

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, 10 ay müddətində distant formada keçilicək "MikroMaster" Proqramı iştirakçıların milli inkişaf strategiyaları və inkişaf layihələri hazırlamaq, həyata keçirmək, qiymətləndirmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədi daşıyır. 

Fevralın 1-dən start veriləcək təlimdə iqtisadiyyat üzrə Nobel mükafatçıları Ester Duflo və Abhijit Banerji, bir sıra MIT professorları iştirakçılara Mikroiqtisadiyyat, Təsadüfi Qiymətləndirmələrin Dizaynı və Tətbiqi, Sosial Elmdə Data Analizi, İnkişaf Siyasətinin Əsasları və Ali İnkişaf İqtisadiyyatı, Siyasi İqtisadiyyat və İqtisadi İnkişaf kimi 5 əsas fənni tədris edəcəklər. 

Müxtəlif nazirlik və dövlət qurumlarından seçilmiş 107 namizəd Proqramda iştirak etmək üçün 2021-ci ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili və riyaziyyat fənləri üzrə imtahandan keçirilib. 
14 dövlət qurumunu təmsil edən 35 namizəd uğur qazanaraq 2021-ci il dekabr və 2022-ci il yanvar aylarında 2 aylıq intensiv hazırlıq kursuna cəlb edilib və UNEC professorları tərəfindən aparılan bu kursu müvəffəqiyyətlə başa vurub. 

2020-ci ilin fevral-oktyabr aylarında davam edəcək "MikroMaster" Proqramını uğurla tamamlamaq məqsədilə UNEC professorları tərəfindən iştirakçılar üçün həftəlik fasilitasiya dərslərinin keçirilməsi də planlaşdırılıb. 

Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC SOCAR-ın törəmə şirkətidir və Cənubi Qafqaz Boru Kəmərinin Kommersiya (2015-ci ildən) və Texniki Operatorudur (2020-ci ildən).  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO