Soyuq ayların vazkeçilməzi olan borş BU XƏSTƏLƏRƏ olmaz

Soyuq ayların vazkeçilməzi olan borş BU XƏSTƏLƏRƏ olmaz

Hazırda oxunan: Soyuq ayların vazkeçilməzi olan borş BU XƏSTƏLƏRƏ olmaz

575496

Soyuq aylarda daha çox istifadə edilən borş vitaminlər, minerallar və liflə zəngindir.

Bizim.Media xəbər verir ki, lakin bəzi xəstələr üçün bu yeməkdən imtina etmək daha yaxşıdır.

Bu barədə Rusiya Dövlət Maarif Universitetinin Tibbi Elmlər Fakültəsinin dekanı İrina Lyalina xəbərdarlıq edib.

Mütəxəssis bildirib ki, həzm sistemi problemləri, podaqra, artıq çəki və ürək-damar xəstəlikləri olan insanlar üçün borş olduqca zərərli yeməkdir. Bioloq qeyd edib ki, qastrit, ülser, pankreatit və podaqrası olan şəxslər üçün uzun müddət bişirilmiş sümüklərdən hazırlanan bulyonlar zərərlidir, çünki bu yeməklərdə purinlər toplanır və sonra sidik turşusuna çevrilir.
 

Bundan əlavə, uzun müddət istilik emalı zamanı ətin tərkibindən ağır metallar və toksik maddələr də sərbəst buraxıla bilər. Əgər supa yağda qızardılmış tərəvəz əlavə edilərsə, bu, əlavə kalorilərin toplanmasına səbəb olur.


“Tərəvəzlər çox bişirildikdə tərkibindəki nitratlar ayrılır, bu da ürək-damar xəstəlikləri, arterial təzyiq pozuntuları, işemik xəstəliklər üçün təhlükəlidir,” – deyə bioloq əlavə edib.

Eyni zamanda, qan azlığı olanlar və ya hipoksiya həssaslığı olanlar da diqqətli olmalıdırlar.

Çünki tərəvəzlərdən alınan nitratlar methemoglobin əmələ gəlməsinə səbəb ola bilər ki, bu da toxumaların oksigen təminatını ləngidir.

İrina Lyalina həmçinin bildirib ki, şüyüd əlavə edilmiş turş borş podaqrası olan insanlar üçün qətiyyən uyğun deyil. Əgər yeməyə duzlu məhsullar əlavə olunarsa, bu həm duz tərkibini, həm də turşuluğu artırır ki, bu da ürək-damar xəstəlikləri olan xəstələr üçün zərərlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO