Şimal-Qərb bölgəsində qazın verilişi hələ bərpa olunmayıb - Sakinlər NARAHATDIRLAR

Şimal-Qərb bölgəsində qazın verilişi hələ bərpa olunmayıb - Sakinlər NARAHATDIRLAR

Hazırda oxunan: Şimal-Qərb bölgəsində qazın verilişi hələ bərpa olunmayıb - Sakinlər NARAHATDIRLAR

575477

Bu gün səhər saatlarından Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında qazın verilişi dayandırılıb.

Bizim.Media-nın yerli bürosu Zaqatala Regional Qaz İstismar İdarısinə istinadən xəbər verir ki, Şirvan suvarma kanalının yenidən qurulması məqsədilə “Yevlax–Şəki–Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılan texniki işlər səbəbindən adı çəkilən rayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Sakinlərin sözlərinə görə, bu saatlara kimi qazın verilişi bərpa olunmayıb.

Nəticədə bölgədə elektrik enerjisinə təlabat dəfələrlə artıb, yüklənmələri çoxaldıqca elektrik enerjisinin də keyfiyyəti aşağı düşür. Mənzillərdə soyuducu və digər zəruri elektrik avadanlıqlarının işləməsi getdikcə çətinləşib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO