Süfrələrin bəzəyi - bulqur əslində şəfa yox, zəhər imiş

Süfrələrin bəzəyi - bulqur əslində şəfa yox, zəhər imiş

Hazırda oxunan: Süfrələrin bəzəyi - bulqur əslində şəfa yox, zəhər imiş

575437

Bulqur xüsusilə salatlarda və əsas yeməklərdə geniş istifadə olunur. Tərkibində lif olduğu üçün sağlam alternativ kimi tanınsa da, yanlış miqdarda və düzgün olmayan şəkildə istifadə edildikdə sağlamlıq üçün risk yarada bilər.

Bizim.Media xəbər verir ki, hər nə qədər bulqur, ağ düyü ilə müqayisədə daha aşağı qlisemik indeksə malik olsa da, xüsusilə incə dənəli bulqur qan şəkərini sürətlə yüksəldə bilər.

Yayda şirin içkilər, meyvə və desertlərlə birlikdə qəbul edildikdə qan şəkərində qəfil dalğalanmalar, halsızlıq və aclıq tutmaları yarada bilər.
 

Araşdırmalara görə, yüksək qlisemik indeksli qidalar isti havada daha güclü insulin reaksiyasına səbəb olur.


Yüksək temperatur səbəbilə orqanizmdə həzm yavaşıyır. Bu halda bulqur kimi lifli qidalar şişkinlik, qaz və qəbizlik, mədə turşuluğunu artırıb reflü yarada bilər.

Bulqur buğdadan əldə edildiyi üçün qluten ehtiva edir. Çölyak və ya gluten intoleransı olan şəxslər üçün qətiyyən məsləhət görülmür.
 

Gizli qluten həssaslığı olan insanlarda uzun müddət istehlak bağırsaqlarda iltihab və immun sistemində pozuntuya səbəb ola bilər.


Bulqur çox zaman tomat pastası, yağ, duz, nar şərabı kimi məhsullarla qarışdırılır. Bu isə: qaraciyər və böyrəklərə əlavə yük, susuz qalan orqanizmdə ödem və təzyiq problemi yaradır. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO