SON DƏQİQƏ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

SON DƏQİQƏ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! DTX və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

575431

Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 23.09.1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 “Metadon” həbbləri aşkar edilərək götürülüb. 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO