Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı

Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı

Hazırda oxunan: Ramiz Mehdiyevin şəxsi saytına giriş bloklandı

575414

Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin şəxsi saytı bloklanıb.

Bizim.Media yenisabah.az-a istinadla xəbər verir ki, hazırda //ramizmehdiyev.preslib.az/ domeninə giriş mümkün deyil.

Amma bunun səbəbi barədə heç bir açıqlama verilməyib.
 

R.Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi 2018-ci ilin may ayında istifadəyə verilib.


Elektron kitabxanada R.Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri yer alırdı.
 

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO