Sumqayıt və Ucarda oğurluq edən dəstə üzvləri TUTULDU: Aralarında qadın da var – FOTO

Sumqayıt və Ucarda oğurluq edən dəstə üzvləri TUTULDU: Aralarında qadın da var – FOTO

Hazırda oxunan: Sumqayıt və Ucarda oğurluq edən dəstə üzvləri TUTULDU: Aralarında qadın da var – FOTO

575405

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onlar mənzillərdən 13 000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.
 

Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO