Naxçıvan Regional Turizm İdarəsi yaradıldı – FƏRMAN

Naxçıvan Regional Turizm İdarəsi yaradıldı – FƏRMAN

Hazırda oxunan: Naxçıvan Regional Turizm İdarəsi yaradıldı – FƏRMAN

575404

Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanında qeyd olunub.
 

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin bazasında Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.


Həmçinin Dövlət Turizm Agentliyinin işçilərinin say həddi 165-dən 181-ə, o cümlədən regional turizm idarələri üzrə 88-dən 104-ə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO