Bu avtomobil yolunda piyada keçidi tikilir – FOTO

Bu avtomobil yolunda piyada keçidi tikilir – FOTO

Hazırda oxunan: Bu avtomobil yolunda piyada keçidi tikilir – FOTO

575403

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 3-cü kilometrliyində yeni piyada keçidi tikilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 54 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq.
 

Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir.


Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO