Arif Rəhimzadə: Ramiz Mehdiyev YAP-dan çıxarılacaq

Arif Rəhimzadə: Ramiz Mehdiyev YAP-dan çıxarılacaq

Hazırda oxunan: Arif Rəhimzadə: Ramiz Mehdiyev YAP-dan çıxarılacaq

575390

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.

Bizim.Media xəbər verir ki, bunu “Apa.az”a açıqlamasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

Arif Rəhimzadə bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq:

“Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü kimi qala bilər.

Məhkum olunan insan partiyada qala bilməz”.

Qeyd edək ki, dünən Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
 

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO