Gələn ildən Şuşada piyada dağ yürüşü turları başlayacaq

Gələn ildən Şuşada piyada dağ yürüşü turları başlayacaq

Hazırda oxunan: Gələn ildən Şuşada piyada dağ yürüşü turları başlayacaq

575382

Gələn ilin yaz fəslindən etibarən Şuşada "hiking" (piyada dağ yürüşü) turları təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, hazırda Şuşada kanat yolunun tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.

A.Kərimov əlavə edib ki, bu il ərzində Şuşaya 430 min turist səfər edib, onların 23 mini şəhərdə gecələyib.
 

Qeyd edək ki, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa 2026-cı il üçün "ECO-nun turizm paytaxtı" elan olunub.


Bu qərar Azərbaycanın tarixi-mədəni və ictimai-siyasi həyatında mühüm yer tutan Şuşaya xüsusi ehtiramın göstəricisidir və üzv dövlətlər arasında turizm əməkdaşlığının genişlənməsinə töhfə verəcək. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO