Axşam saatlarında Zaqatalanın Muxax kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Muxax kənd sakini, 37 yaşlı Elmir Mikayılov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə həmkəndlisi, 61 yaşlı Murad Atayevi vurub.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi müdaxilədən sonra o, xəstəxananın Cərrahiyyə korpusuna yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu