“Meta” şirkəti instaqramda 18 yaşdan aşağı istifadəçilərin yalnız “13 yaş və üzəri” üçün nəzərdə tutulmuş məzmunlarla qarşılaşacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub.
Yeni qaydaya əsasən, bu tənzimləmələr valideyn icazəsi olmadan dəyişdirilə bilməyəcək və ilin sonuna qədər bütün ölkələrdə avtomatik tətbiq ediləcək.
Bildirilib ki, yetkinlərə yönəlik cinsi, alkoqollu, təhlükəli və arqo ifadələr olan paylaşımlar 18 yaşdan kiçiklərə nə göstəriləcək, nə də tövsiyə ediləcək. Gənclər bu tip hesabları izləyə və belə məzmunları axtara bilməyəcəklər.
Qeyd edək ki, sözügedən qərar uşaqların sosial mediada təhlükəsizliyinin artırılması istiqamətində atılan qlobal addımlar fonunda qəbul edilib. (Mənbə: Qafqazinfo.az)
Bizim.Media