"Hazırda bulvar ərazisində 4 yeni attraksion quraşdırılıb. Yaxın gələcəkdə onların sayının artırılması nəzərdə tutulur."
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar idarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Dənizkənarı Milli Parkda yeni attraksionlar fəaliyyətə başladı -FOTO/VİDEO
O diqqətə çatdırıb ki, ötən il də azyaşlı uşaqlar üçün müxtəlif atraksionlar quraşdırılıb:
“Yeni attraksionlar bütün təhlükəsizlik tədbirlərinə və dünya standartlarına cavab verir. Uşaqlar üçün olan attraksionlar 3, böyüklər üçün isə 4 manatdır. Hər dövrə 3-4 dəqiqə təşkil edir. Vətəndaşlar bilet terminalından biletləri əldə edə bilərlər”.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev Bizim Media