"Yeni attraksionlardan yalnız boyu minimum 120 santimetr olan şəxslər istifadə edə bilərlər. Hamilə qadınlar, ürək, boyun və ya bel problemləri olan şəxslər, həmçinin başgicəllənmə və ya yırğalanma (kinetoz) narahatlığı olanlar və alkoqolun təsiri altında olan şəxslər attraksiona buraxılmır".
Bizim.Media xəbər verir ki, bu sözləri Dənizkənarı Bulvar idarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Dənizkənarı Milli Parkda yeni attraksionlar fəaliyyətə başladı -FOTO/VİDEO
O qeyd edib ki, əgər atraksionda hərəkət zamanı vətəndaşın səhhəti pisləşərsə, dərhal Bulvar idarəsinin tibb işçiləri yardım göstərəcəklər.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev Bizim Media