Bu gün Qusar rayonunun Hiloba kəndində II Qarabağ müharibəsi şəhidi Turac Suliddin oğlu Həmzəyevin anım mərasimi keçirilib.
Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi yad edilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı verib, ailənin ehtiyac və qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Turac Suliddin oğlu Həmzəyev 27 iyul 1998-ci ildə Qusar rayonunun Hiloba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olmuş Turac Həmzəyev 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 11-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. O, Qusar rayonunun Hiloba kəndində dəfn olunub.
Ölümündən sonra turac Həmzəyev “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.