Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin yerləşdirildiyi xidmət yerinin dəyişdirilməsi bəzən valideynlər və əsgərlərin özləri tərəfindən gündəmə gətirilir. Xüsusilə ailə vəziyyəti, səhhət problemləri və ya uzaq məsafələr kimi səbəblər bu cür müraciətlərin əsas arqumenti olur. Lakin müasir qaydalar və nizamnamələr bu məsələdə daha sərt çərçivələr müəyyən edib.
Bəs hazırki dönəmdə əsgərlik zamanı xidmət yerinin dəyişdirilməsi mümkündür?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda əsgərlərin xidmət yerinin dəyişdirilməsi yalnız istisna hallarda həyata keçirilir:
“Əvvəlki illərdə bu məsələ bir qədər geniş tətbiq olunurdu. Lakin bəzi sui-istifadə halları müşahidə edildikdən sonra qaydalar sərtləşdirilib. Artıq hər bir çağırışçının xidmət yeri əvvəlcədən müəyyən olunur və bu yerin dəyişdirilməsi demək olar ki, mümkün deyil. Tutaq ki, əsgər hərbi xidmət üçün Mingəçevirə təyin edilibsə, sonradan onu başqa bölgəyə keçirmək qanunla icazəli deyil”, - deyə hərbi-ekspert əlavə edib.
Ekspertin sözlərinə görə, yalnız sağlamlıqla bağlı ciddi hallar və ya əsgərin yerləşdiyi mühitə uyğunlaşa bilməməsi kimi istisna vəziyyətlərdə xidmət yerinin dəyişdirilməsinə baxıla bilər:
“Əgər əsgərin səhhətində problem yaranarsa, həkim rəyinə əsasən onun yeri dəyişdirilə bilər. Bəzən də adaptasiya və psixoloji uyğunlaşma çətinliyi müşahidə olunduqda, bu, nəzərə alınır və yerdəyişmə qismən həyata keçirilir. Amma bu, çox nadir hallarda olur”.
Üzeyir Cəfərov əlavə edib ki, əvvəllər ailə vəziyyəti, məsələn, əsgərin ailənin tək övladı olması və ya valideynlərinin xəstə olması kimi hallar da nəzərə alınırdı. Lakin hazırkı sistemdə bu amillər xidmət yerinin dəyişdirilməsi üçün əsas sayılmır:
“İndi belə müraciətlər qəbul edilmir. Xidmətin təşkili və ədalətli bölgü prinsipi qorunur. Əsgərin hansı bölgədə xidmət etməsi onun fərdi istəyindən deyil, ordunun ehtiyaclarından asılıdır”.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:20 / 15.10.2025
Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR
Hazırda oxunan: Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR
Hazırda oxunan: Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR – DETALLAR
575278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.