“Leobank”dan ŞİKAYƏT – “Blokda olan kartımdan pul oğurlayıblar” – VİDEO

“Leobank”dan ŞİKAYƏT – “Blokda olan kartımdan pul oğurlayıblar” – VİDEO

Hazırda oxunan: “Leobank”dan ŞİKAYƏT – “Blokda olan kartımdan pul oğurlayıblar” – VİDEO

575273

“Leobank”ın daha bir müştərisi kartından pul oğurlandığını iddia edir.

Bizim.Media xəbər verir ki, bu dəfəki şikayətçi “Gunii” adı ilə tanınan tiktoker Günay Meydiyevadır.

O blokda olan kartından 200 manatın oğurlandığını bildirib:

“Leobank haqqında xoşagəlməz fikirlər eşitdiyimə görə hər zaman kartımı blokda saxlayırdım. Ondan sadəcə pul yığmaq üçün istifadə edirdim. Bu gün işdə olarkən baxdım ki, kartım blokda ola-ola 200 manat balansımdan çıxıb. Zəng vurmuşam banka. Mənə deyirlər ki, “biz heç nə edə bilmərik. Hansısa xarici şirkət sizin kartınızdan oğurluq edib”.
 

Başa düşmürəm, kartım blokda ola-ola ordan pul necə oğurlana bilər?! Siz əgər pulu qoruya bilmirsinizsə, kartdan pul çəkmək bu qədər asandırsa, o zaman bloklama funksiyasını ora niyə qoymusunuz?! Mən milyon faiz əminəm ki, pulu bank özü götürüb. İndi də deyirlər ki, “pulu qaytara bilmərik”.


Səslənən iddialara cavab almaq üçün Leobanka sorğu göndərdik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO