Bizim.Media YAZDI - Abşeronda oğurlanan elektrik açarı yenisi ilə ƏVƏZLƏNDİ – FOTO/VİDEO

Bizim.Media YAZDI - Abşeronda oğurlanan elektrik açarı yenisi ilə ƏVƏZLƏNDİ – FOTO/VİDEO

Hazırda oxunan: Bizim.Media YAZDI - Abşeronda oğurlanan elektrik açarı yenisi ilə ƏVƏZLƏNDİ – FOTO/VİDEO

575267

Ötən ay “Klassik A” MMC-yə gələn Abşeron rayonu 83 saylı yarımstansiyanın 110-35-10 kV-luq xətti üzərində, 10 kV “TM-28” hava xəttindən budaqlaşma yerində quraşdırılmış elektrik açarının oğurlanaraq götürülməsi ilə bağlı məlumat vermişdik.

Müəssisənin direktoru İlham İsmayılov Bizim.Media-ya açıqlamasında bildirib ki, artıq oğurlanan ayırıcı yenisi ilə əvəzlənib:

“Daha öncə Azərişıq ASC və “Azərenerji” ASC-yə müraciət etsəm də, məsələyə baxılmırdı. Sizin saytda işıqlandırıldıqdan sonra Azərişıq ASC rəhbərliyi tərəfindən əlaqə saxlanıldı və bildirdildi ki, belə hal olub, aradan qaldırılacaq. Bu gün isə qurum tərəfindən yeni ayırıcı quraşdırıldı. Hazırda elektrik təminatı ilə bağlı problemimiz yoxdur”.

Qeyd edək ki, yaranmış vəziyyət təkcə müəssisə üçün deyil, həm də yaxınlıqda yaşayan insanlar üçün təhlükə yaradırdı. 








Naibə Məmmədova, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO