Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 14 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir:
Rafael Mailov
1994-cü il aprelin 16-da Bakıda anadan olub.
Orta təhsilini Nizami rayon 210 saylı məktəbdə alıb. Daha sonra 2012–2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsində təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Rafael Mailov İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. Füzuli və Hadrutun azad edilməsi uğrunda döyüşüb. 2020-ci il 14 oktyabrda Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən qəhrəmancasına şəhid olub. Keşlə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla dəfn edilib.
Cəsur döyüşçümüz ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunduğuna görə" medalları ilə təltif edilib.
Pərviz Rüstəmov
6 may 1992-ci ildə Samux rayonunda anadan olub. 1999-cü ildə Samux rayon məktəbində 4-cü sinifə qədər təhsil alıb, 2003-cü ildə isə, məktəbi dəyişərək Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsilinə davam etdirib. Daha sonra 2008-ci ildə 9-cu sinifi bitirərək, təhsilini sonlandırıb. 2010-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanıb. 2012-ci ilin yanvar ayında xidməti başa vurub.
Pərviz Rüstəmov 2018-ci ildə MAXE olaraq fəaliyyətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılıb və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərib. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçib. Ən son oktyabrın 14-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalıb. Bir müddət nəşi neytral zonada qalıb. Silahdaşlarının dediklərinə görə, Pərviz döyüşlərdə bir neçə dəfə ayağından yaralansa da, özünə ilk tibbi yardım göstərərək, döyüşə davam edib. Oktyabrın 30-da nəşi ailəsinə təhvil verilib və Samux Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib.
Pərviz Rüstəmov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, Pərviz Rüstəmov evin tək övladı olub. O, lap körpə vaxtlarından valideyn qayğısından məhrum qalaraq, nənə və baba himayəsində böyüyüb.
Tərlan Quliyev
2000-ci il yanvarın 26-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Quliyev oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” medalları ilə tətltif edilib.
Əli Eyvazov
2001-ci il iyunun 30-da Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Əli Eyvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əli Eyvazov oktyabrın 14-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Cəsur döyüşçü” (18.12.2020) medalları ilə təltif edilib.
Munis Abbaslı
2000-ci il martın 18-də Beyləqan rayonunda anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb.
Abbaslı Munis 2020-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Abbaslı Munis 2020-ci il, sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Abbaslı Munis oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Munis Abbaslı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Camal Əliyev
2000-ci il dekabrın 17-də Cəlilabad şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Camal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında.
Camal Mehman oğlu Əliyev 2000-ci il dekabrın 17-də Cəlilabad şəhərində anadan olub.
O, Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Camal Əliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Camal Əliyev ölümündən sonra " Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Elşən Əliyev
22 yanvar 1986-cı ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub.
Elşən Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət müddətli həqiqi hərbi xidmət qulluqçusu idi və hərbi xidmətini başa vurduqdan sonra mülki işlə məşğul olub.
Azərbaycan Ordusunun əsgəri olan Elşən Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elşən Əliyev 14 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşən Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Elvin Əliyev
26 fevral 1997-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Elvin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulin rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
14 oktyabr 2020-ci ildə Füzuli azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə orcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilİb.
İlyas Niftəliyev
1999-cu il aprelin 12-də Qusar rayonunun Bədirqala kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan İlyas Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Niftəliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin İlyas Niftəliyev ölümündən sonra "Vətən uğrunda", “"Cəbrayılın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Elyar Mirzəyev
1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub. 2001-ci ildə məktəbi bitirib.
2002-ci ilin oktyabrın 10-da Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. Sonradan 2016-cı ildə isə ailə üzvlərinə xəbər vermədən sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti / İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elyar Mirzəyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Famil Əhmədzadə
23 sentyabr, 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Orta təhsil illərində məktəbin savadlı, ictimai işlərdə fəal şagirdlərindən biri kimi tanınıb. 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub.
Famil orta məktəbi bitirdiyi il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olub. Akademiyanın sayılıb-seçilən tələbələrindən olan Famil 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb.
Famil Əhmədzadə 1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ilin əvvələrində Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb. 2000-ci ilin 9 noyabrında hərbi xidmətdən baş leytenant kimi tərxis olunub. Hərbi xidmətdən sonra yenidən doğma məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Famil 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Famil Əhmədzadənin nəşi noyabrın 3-də əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə dəfn edilib.
Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” medalı, 18 dekabr 2020-ci ildə “Döyüşdə fərqlənməyə görə” və 24 iyun 2021-ci ildə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Nahid Məmmədov
1996-cı il iyunun 11-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə Binə qəsəbəsində R. Sadıqov adına 136 nömrəli tam orta məktəbdə alıb. 2012-2014-cü illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb. Subay idi. Nahid Məmmədov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Nahid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Nahid Məmmədov oktyabrın 14-də Ağdərə istiqamətində şəhid olub. Xəzər rayonnun Binə qəsəbəsində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nahid Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib..
Cəlil Əliyev
12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərib.Oktyabrın 14-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Sərəncamına əsasən Cəlil Əliyev ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media