Hər il eyni mənzərə, eyni səssizlik – Xəzərdə suitilər niyə TƏLƏF olur? – VİDEO

Hər il eyni mənzərə, eyni səssizlik – Xəzərdə suitilər niyə TƏLƏF olur? – VİDEO

Hazırda oxunan: Hər il eyni mənzərə, eyni səssizlik – Xəzərdə suitilər niyə TƏLƏF olur? – VİDEO

575257

Xəzər dənizinin Xaçmaz rayonunun Niyazabad kəndindən keçən sahilində ölmüş suitilər aşkarlanıb.

Bizim.Media-nın çəkiliş qrupu əraziyə baş çəkib və sahil boyunca tək-tək görünən suiti cəsədlərini lentə alıb.

Yerli sakinlərin bildirdiyinə görə hər il bu vaxtlar dəniz sahillərində suiti cəsədləri görünür, amma onların tələfolma səbəbini açıqlayan yoxdur. Elə bu dəfə də dəniz heyvanlarının hansı səbəbdən tələf olması barədə də rəsmi açıqlama verilməyib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi İlkin Kərimov qeyd edib ki, suiti cəsədləri ilə bağlı araşdırma səlahiyyətli qurum olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə məsələnin onlara deyil, AQTA ilə birgə Kənd Təsərrüfatı Nazirliyinə aid olduğu bildirildi.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura mərkəzinin direktor müavini Elşən Məcidov isə cəsədlərdən götürülən nümunələrin laboratoriyaya göndərildiyini deyib

Bundan əlavə, Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilboyu sahədə aşkarlanan suiti qalıqlarından Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən nümunələr götürülüb. Laborator müayinələrin sınağı nəticəsində suitilərin ölüm səbəbi məlum olacaq. Əlaqədar qurumlarla birgə araşdırmalar aparılır.

Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO