Xəzərin səviyyəsinin enməsi nə vaxtadək davam edəcək? – Rəsmi AÇIQLAMA

Xəzərin səviyyəsinin enməsi nə vaxtadək davam edəcək? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Xəzərin səviyyəsinin enməsi nə vaxtadək davam edəcək? – Rəsmi AÇIQLAMA

575256

Xəzər dənizində 2005-ci ildən başlayan suyun səviyyəsinin azalması hələ də davam edir. Xüsusilə də 2021-2024 cü illərdə Xəzər dənizinin səviyyəsi 96 sm azalma müşahidə olunub. Bəs 20 ildir bitməyən bu azalma nə vaxtadək  davam edəcək?


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Bizim.Media-ya verilən məlumata görə, Xəzər dənizinin səviyyəsinin düşməsinin nə vaxtadək davam edəcəyi dəqiq deyil — onlar bir sıra ssenarilərə, iqlim modellərinə və antropogen faktorlara bağlıdır:
 

“Səviyyənin aşağı düşməsinə əsas səbəb iqlim dəyişikliyi, bölgədə yağıntıların azalması, yüksək temperatur nəticəsində buxarlanmanın artması, həmçinin Xəzərə tökülən çayların su ehtiyatlarının azalmasıdır. Xüsusilə də, Volqa çayının su balansındakı dəyişikliklər bu prosesdə mühüm rol oynayır”.


Qurumdan bildirilib ki, dəniz səviyyəsinin enməsi sahilboyu ekosistemlərə, biomüxtəlifliyə, balıqçılıq təsərrüfatlarına, limanların fəaliyyətinə, nəqliyyat və infrastruktur layihələrinə mənfi təsir göstərməkdədir:

“Bu hal həm də region ölkələri üçün iqtisadi və sosial çətinliklər yaradır. Buna görə də gözlənilən risklərin qarşısını almaq üçün birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlər zəruridir. Bu məqsədlə Xəzərin iqlim, yağıntı, çay axımı, səviyyə planı Xəzər dənizini qidalandıran su mənbələrinin yerləşdiyi ölkələrlə birlikdə işlənməlidir. Bunun əsasında isə səviyyənin aşağı düşməsi proqnozlaşdırılmalı, nəticəyə əsasən tədbirlər görülməlidir. Buna görə də, bu istiqamətdə görülən işlər çərçivəsində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Monitoring və Qiymətləndirmə üzrə İşçi Qrupu tərəfindən "Xəzər Dənizinin Ətraf Mühitin Monitorinqi Proqramı" hazırlanıb”.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO