Yeni doğulanların sayı azalır, ölümlər ARTIR – STATİSTİKA

Yeni doğulanların sayı azalır, ölümlər ARTIR – STATİSTİKA

Hazırda oxunan: Yeni doğulanların sayı azalır, ölümlər ARTIR – STATİSTİKA

575245

Cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 698 doğulan körpə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.

Doğulanlardan fərqli olaraq, ölüm sayında artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-avqust aylarında ölkədə 39 951 ölüm halı qeydə alınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 5,9-a qədər artıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO