Bu sektorda qiymətlər yüksələcək – YENİ QAYDA

Bu sektorda qiymətlər yüksələcək – YENİ QAYDA

Hazırda oxunan: Bu sektorda qiymətlər yüksələcək – YENİ QAYDA

575242

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur.

Bu, "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin son iclasında müzakirəyə çıxarılıb.

Hansı yeniliklər olacaq?

İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.

Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

Digər edilən təkliflərə görə moped nəqliyyat vasitəsinin anlayışı daha dəqiq müəyyən edilməsi, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürülməsi nəzərdə tutulur

Həmçinin qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunluğu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.

Sözügedən qadağa nəyi dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən hüquqşünas Əkrəm Həsənov deyir ki, son zamanlar moped sürənlər tərəfindən törədilən qəzaların sayı artıb:

“Ona görə də qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi normaldır. Nəzərə alaq ki, moped sürənlər əsasən xidmət sektorunda çalışan gənclərdir. Onların çoxunun da sürücülük vəsiqəsi yoxdur. Yeni qanundan sonra artıq 18 yaşına çatmayanların da moped sürməsi qadağan ediləcək.

Əsas məsələ isə gənclərin məşğulluq məsələsidir. Məlumdur ki, xidmət sektorunda kuryerlik edənlər əsasən tələbələrdir. Yeni qanun həmin tələbəlirin sosial durumuna birbaşa təsir edəcək. Çünki tələbələrin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Digər tərəfdən yeni tələb xidmət sektorunda qiymətlərin artmasına səbəb olacaq. Artıq sürücülük vəsiqəsi olan gənclər az maaşa kuryerlik etməyəcək. Nəticədə xidmət sektorunda qiymətlər qalxacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO