Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Uğurbəyli kəndində fəaliyyət göstərən və Pərviz Tofiq oğlu Qəribova məxsus olan “Aristokrat” restoranında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı restoranın manqal sahəsində tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, istifadə edilən masaların dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, məhsulların donunun açılması üçün sahənin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib.
Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:28 / 14.10.2025
“Aristokrat” restoranında nöqsanlar aşkarlandı – FOTO
Hazırda oxunan: “Aristokrat” restoranında nöqsanlar aşkarlandı – FOTO
Hazırda oxunan: “Aristokrat” restoranında nöqsanlar aşkarlandı – FOTO
575219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.