Xəbər verildiyi kimi, ilin əvvəlində ölkədəki plastik cərrahların fəaliyyəti, sənədləri təftiş edilib. Bunun üçün Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Aparılan yoxlamalardan sonra aprel ayında 42 plastik cərrahın fəaliyyətinə icazə verilib. Komissiyaya isə 82 həkimin plastik cərrah kimi fəaliyyət göstərmələri üçün müraciət etdiyi açıqlanıb.
Hazırda bu yoxlamalar aparılırmı, proses davam edirmi? Siyahıda yenilik varmı?
Yaranan suallara cavab tapmaq məqsədilə Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq siyahıda yeniləmənin olmadığı bildirilib.
“Yenilənmə olduqda siyahıda əks olunacaq”.
17 aprel 2025-ci il tarixinə Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısını təqdim edirik:
Günay Şahmar, Bizim.Media