Cəlilabadda tarixi heykələ qarşı VANDALLIQ - FOTO

Cəlilabadda tarixi heykələ qarşı VANDALLIQ - FOTO

Hazırda oxunan: Cəlilabadda tarixi heykələ qarşı VANDALLIQ - FOTO

575207

Cəlilabad rayonu Buravar kəndi ərazisində yerləşən, yeni aşkar edilmiş abidə kimi qeydə alınan dekorativ-tətbiqi sənət nümunəsi olan daş heykələ naməlum şəxslər tərəfindən müdaxilə olunub.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Cəlilabad rayonu üzrə əməkdaşları növbəti monitorinq zamanı abidəyə müdaxilə olunduğunu müəyyən ediblər.

Belə ki, XII–XIII əsrlərə aid Kəl baş daşı (qədim qoç formalı daş heykəl) naməlum şəxslər tərəfindən zədələnib. Heykəlin boyun və çənə hissəsi sındırılıb, sonra yapışdırılaraq bərpa edilib. Ən ciddi zərər isə arxa hissəsinə dəyib — təxminən yarım metrlik fraqment tamamilə yoxa çıxıb.

Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO