Dörd şəhərimizin baş planı artıq hazırdır - SİYAHI

Dörd şəhərimizin baş planı artıq hazırdır - SİYAHI

Hazırda oxunan: Dörd şəhərimizin baş planı artıq hazırdır - SİYAHI

575206

Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərinin baş planlarının hazırlanması yekunlaşıb və razılaşdırılma mərhələsindədir.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov "BakuBuild" – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və "Rebuild Karabakh–2025" – 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində deyib.

"Yaxın vaxtlarda təsdiqləndikdən sonra həmin ərazilərdə tikinti və quruculuq işləri məhz bu planlar əsasında ardıcıl şəkildə həyata keçiriləcək", - İ. İsbatov bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə planlama işləri sıfırdan aparılıb:
 

"Ərazilərin öyrənilməsi, dəyərləndirilməsi, yeni məskunlaşma yerlərinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl və effektiv işlər görülüb. Bütün dövlət qurumları ilə, o cümlədən məşğulluq və iqtisadi aspektlərlə bağlı məsul qurumlarla sıx əməkdaşlıq edilib".


İ. İsbatovun sözlərinə görə, planlama sənədləri üç mərhələdən ibarətdir – ümumi planlar, baş planlar və müfəssəl planlar:

"Artıq bütün işğaldan azad olunmuş ərazilərin ümumi planı hazırlanıb, 8 şəhərin baş planı təsdiqlənib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO