Kürdəmirdə əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Kürdəmirdə ailə DRAMI: Ər arvadını bıçaqladı
TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 14.10.2025 ci il tarixində saat 05:30 radələrində xəsarət səbəbi ilə 1994-cü il təvəllüdlü (qadın) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Pasiyent dərhal əməliyyata alınıb və ona zəruri tibb yardım göstərilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Bizim.Media, Aran bürosu