Bəzi qidaları bişirdikdən sonra yenidən isitmək sağlamlıq üçün risk yarada bilər.
Bizim.Media xəbər verir ki, qidanın tərkibindəki bəzi maddələr istiliklə kimyəvi dəyişikliklərə uğrayaraq zərərli vəziyyətə gələ bilər.
İsidilməsi məsləhət görülməyən qidalar
İspanaq və digər yarpaqlı tərəvəzlər
Bu tərəvəzlərdə nitrat maddəsi var. Yenidən isitdikdə nitrat “nitrit”ə çevrilir və bu da sağlamlıq üçün zərərli təsir göstərə bilər.
Göbələk
Göbələyin zülal quruluşu isitmə zamanı pozulur. Üstəlik düzgün saxlanmadıqda bakteriya və toksin əmələ gələ bilər.
Kartof
Otaq temperaturunda uzun müddət qalan bişmiş kartofda bakteriyalar çoxala bilər. Təkrar isitmə isə onları tam məhv etmir.
Düyü
Bişdikdən sonra isti yerdə saxlanılan düyü, bakteriya sporlarının çoxalması üçün əlverişli mühit yaradır. Bu da qida zəhərlənməsi riskini artırır.
Toyuq və toyuq yeməkləri
Toyuqda zülal strukturu yüksək temperaturda dəyişə bilər. Mikrodalğalı sobada bərabər isinmədiyi üçün bakteriya riski yaranır.
Mütəxəssislər qidaları bişirdikdən sonra otaq temperaturunda uzun müddət saxlamamağı və yalnız bir dəfə isitməyi tövsiyə edirlər. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:56 / 14.10.2025
Bu qidaları yenidən isitmək təhlükəlidir!
Hazırda oxunan: Bu qidaları yenidən isitmək təhlükəlidir!
Hazırda oxunan: Bu qidaları yenidən isitmək təhlükəlidir!
575201
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.