Misirdə məhdud sayda dövlət başçısının iştirakı ilə keçirilən sammitə Prezident İlham Əliyevin dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və regional güc statusunun aydın göstəricisidir. Bu, Azərbaycanın yalnız regional deyil, həm də qlobal səviyyədə mühüm siyasi oyunçuya çevrildiyini bir daha təsdiqləyir. Sammitin özü Yaxın Şərqdə baş verən proseslər fonunda qlobal güclər və regional liderlər arasında yeni əməkdaşlıq modellərinin müzakirə olunduğu mühüm siyasi platforma kimi qiymətləndirilir.
Azərbaycan həm enerji təhlükəsizliyi, həm nəqliyyat-kommunikasiya xətləri, həm də siyasi dialoq baxımından Şərqlə Qərbi birləşdirən strateji mərkəzə çevrilib.
Prezident İlham Əliyevin oktyabr ayı ərzində dörd fərqli coğrafiyada Avropa, Qafqaz, Mərkəzi Asiya və indi Yaxın Şərqdə ardıcıl sammitlərdə iştirakı Azərbaycanın çoxşaxəli, balanslı və müstəqil xarici siyasət kursunun bariz nümunəsidir.
Misirdə keçirilən sammitdə qəbul edilən qərarlar əsasən Qəzzada gərginliyin dayandırılması və bölgənin yenidən qurulması istiqamətlərini əhatə edib. ABŞ, Misir, Türkiyə və Qətər liderlərinin razılaşdığı bu sənəd regional sabitliyin bərpası və diplomatik mexanizmlərin gücləndirilməsini hədəfləyir. Məhz belə strateji və məhdud dairədə qəbul olunan qərarlarda Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq arenada “seçilən tərəfdaş” statusunda olmasını bir daha nümayiş etdirir.
Sammit çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə “Tramp Deklarasiyası” adlanan razılaşmanın imzalanması da diqqət çəkib.
Bu sənəd vasitəsilə tərəflər qarşılıqlı diplomatik əlaqələrin genişləndirilməsi mesajını veriblər. Azərbaycanın bu prosesdə iştirakı, ölkənin qarşılıqlı hörmət və balanslı siyasət prinsipinə əsaslanan mövqeyinin güclü olduğunu bir daha ortaya qoyur.
Ümumilikdə, Misirdə qəbul edilən qərarların strateji xarakteri fonunda Azərbaycanın həmin sammitdə iştirakı ölkəmizin qlobal proseslərdə söz sahibi olan, balanslı və çevik diplomatiyaya malik dövlət kimi mövqeyini bir daha göstərir. Bu, həm də Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət fəallığının davamı və Azərbaycanın beynəlxalq siyasətdə yeni mərhələyə keçidinin göstəricisidir.
Ülviyyə Zülfiqar - siyasi şərhçi

- A-
- A
- A+
Cəmiyyət
12:09 / 14.10.2025
Azərbaycanın artan beynəlxalq NÜFUZU – “Ölkəmiz Şərqlə Qərbi birləşdirən strateji mərkəzə çevrilib”
Hazırda oxunan: Azərbaycanın artan beynəlxalq NÜFUZU – “Ölkəmiz Şərqlə Qərbi birləşdirən strateji mərkəzə çevrilib”
Hazırda oxunan: Azərbaycanın artan beynəlxalq NÜFUZU – “Ölkəmiz Şərqlə Qərbi birləşdirən strateji mərkəzə çevrilib”
575190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.