62 əcnəbi tələbə Azərbaycanda təhsil ALACAQ

62 əcnəbi tələbə Azərbaycanda təhsil ALACAQ

Hazırda oxunan: 62 əcnəbi tələbə Azərbaycanda təhsil ALACAQ

575165

2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.
 

Proqram çərçivəsində əcnəbi tələbələr Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Xəzər Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.


Tədris proqramları humanitar və sosial elmlər, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət elmləri, texniki və texnoloji ixtisaslar, eləcə də mədəniyyət və incəsənət istiqamətlərini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda xarici vətəndaşların təhsili “Study in Azerbaijan” platforması vasitəsilə daha əlçatan və sistemli şəkildə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO