FAKTİKİ HAVA: Şahdağa və Gədəbəyə qar yağdı

FAKTİKİ HAVA: Şahdağa və Gədəbəyə qar yağdı

Hazırda oxunan: FAKTİKİ HAVA: Şahdağa və Gədəbəyə qar yağdı

575158

Oktyabrın 14-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib. Əksər yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 26, Balakəndə 25, Zaqatalada 21, Şəkidə (Kişçay) 12, Qusarda 11, Qubada 9, Yevlaxda 8, Gəncə və Daşkəsəndə 6, Xaçmaz və Qəbələdə 5, Gədəbəy, Oğuz və Mingəçevirdə 4, Şabran, Şəmkir, Tərtər, Tovuz, Göygöl, Bərdə, Zərdab, Qobustan, Şamaxı, Biləsuvar, Sabirabad, Kürdəmir, Göyçay, Beyləqan, Naftalan, İsmayıllı, Xızı və Sədərəkdə 3 millimetrədək qeydə alınıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Mingəçevirdə 24, Goranboyda 23, Naftalan və Culfada 22, Bakıda və Abşeron yarımadasında 21, Göyçayda 18, Sabirabadda 17 metrədək güclənib.

Sumqayıt, Göygöl, Göyçay, Zaqatala, Qəbələ, Şəki, Xızı, Qusar, Qrız, Şahdağ, Xaltan, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO