Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü – FOTO/VİDEO

Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü – FOTO/VİDEO

Hazırda oxunan: Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü – FOTO/VİDEO

575144

Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Seydimli kəndinə baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.
 

İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Dərs zamanı digər şagirdin atası məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bu gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir”. (Qafqazinfo.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO