Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, TƏBİB xəsarət alan şəxslərin son vəziyyəti ilə bağlı açıqlama yayıb.
“13.10.2025-ci il tarixində saat 15:00 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Qəza zamanı iki avtomobil toqquşub.
Bizim.Media