Oktyabrın 8-dən bu günədək ölkə üzrə 741 nəfər qrip əleyhinə peyvənd olunub.
Bu barədə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva media nümayəndələri üçün 1 nömrəli Şəhər Poliklinikasında keçirilən “Açıq qapı” günündə məlumat verib.
"Peyvənd olunanların 641 nəfəri Bakı şəhərində yerləşən ilkin səhiyyə müəssisələrində immunizasiya olunub. Qrip əleyhinə peyvəndlənmədə aktivlik müşahidə edilən regionlar Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır".
Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media