Bakıda ərzaq mağazasında qüsurlar aşkarlandı, sahibi cəzalandırıldı - FOTO

Bakıda ərzaq mağazasında qüsurlar aşkarlandı, sahibi cəzalandırıldı - FOTO

Hazırda oxunan: Bakıda ərzaq mağazasında qüsurlar aşkarlandı, sahibi cəzalandırıldı - FOTO

575001

Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zeynalov Ələddin Səfxan oğluna məxsus ərzaq mağazasında yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 

Bildirilib ki, baxış zamanı mağazanın anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində ara məsafəsi gözlənilmədən saxlanıldığı aşkarlanıb.


Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək anbar sahəsində işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO