Baş nazirdən Naftalan nefti ilə bağlı QƏRAR

Baş nazirdən Naftalan nefti ilə bağlı QƏRAR

Hazırda oxunan: Baş nazirdən Naftalan nefti ilə bağlı QƏRAR

574981

Nazirlər Kabineti "Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları"nı təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar ölkə Prezidentinin "Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında" 28 sentyabr 2024-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb və elmi-texniki nailiyyətlərin texnoloji proseslərdə tətbiqi, qabaqcıl texnologiya, avadanlıq, xammal və enerji resurslarından qənaətlə istifadəsi, əmtəə məhsullarının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi amilləri nəzərə alınmaqla, Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriyakurort müəssisələrinə paylanılması qaydalarını müəyyən edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO