Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi gələn il başa çatdırılacaq

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi gələn il başa çatdırılacaq

Hazırda oxunan: Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi gələn il başa çatdırılacaq

574964

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
 

Baş nazirin müavini bildirib ki, bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrut rolunu oynayacaq.


Şahin Mustafayev həmçinin, Orta Dəhlizin əhəmiyyətinə də toxunub:

“2022-ci ildən etibarən Orta Dəhlizlə həyata keçirilən yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Dəhliz üzrə tranzit müddətləri isə nəzərəçarpacaq dərəcədə azalıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO