Göyçayda yanğın tam söndürüldü – FOTO/VİDEO

Göyçayda yanğın tam söndürüldü – FOTO/VİDEO

Hazırda oxunan: Göyçayda yanğın tam söndürüldü – FOTO/VİDEO

574929

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə şahidi Zaur Süleymanov bildirib ki, alov qəfil başlayıb və quru yeşiklərin olması yanğının qısa zamanda böyüməsinə səbəb olub: “Qarovulçunun yanında idim, işim vardı onunla. Bir də gördük ki, səs gəlir. Gəldik, gördük ki, alışıb. Yanğınsöndürənlərə zəng elədik, gəlincə də alışdı, yandı. Quru yeşiklərdir. Elə bir saniyənin içində hamısı alışdı. Ora çatdırmaq da mümkün deyildi.”

Yanğın zamanı sexdəki ağac materiallarından hazırlanmış yeşiklər, avadanlıqlar və digər əşyalar yanaraq yararsız hala düşüb. Alovun şiddətlənməsi nəticəsində yaxınlıqdakı evlər də zərər görüb.

Hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb.

Hazırda yanğının dəqiq başvermə səbəbləri və təfərrüatları araşdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO