Tərtərdə ağır qəza: FHN-in əməkdaşı sürücünü xilas etdi - VİDEO

Tərtərdə ağır qəza: FHN-in əməkdaşı sürücünü xilas etdi - VİDEO

Hazırda oxunan: Tərtərdə ağır qəza: FHN-in əməkdaşı sürücünü xilas etdi - VİDEO

574904

Bu gün saat 17:10 radələrində Tərtərin Qaradağlı kəndi ərazisində “Opel” və “Lada” markalı minik avtomobilləri toqquşub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Lada markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili xidmət baş çavuşu Mirişov Elxan Əhməd oğlu dərhal qəza yerinə yaxınlaşaraq, sürücünü deformasiyaya uğramış avtomobildən çıxararaq ilkin yardım göstərib və onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO