Köməksiz qalanlar belə xilas edildi - VİDEO

Köməksiz qalanlar belə xilas edildi - VİDEO

Hazırda oxunan: Köməksiz qalanlar belə xilas edildi - VİDEO

574852

Bakıda iki nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonu, Ş.M. Xiyabani küçəsində vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013-cü il təvəllüdlü yeniyetməni yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.


Bundan əlavə, daxil olmuş məlumat əsasında Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən alpinist ləvazimatlarının köməyi ilə Nəsimi rayonu, Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə köməksiz vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstərilib.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO